Verdasko böyük tennislə vidalaşdı
Tennis üzrə İspaniya yığma komandasının heyətində 3 dəfə “Davis Cup”ın qalibi olan Fernando Verdasko Karmona karyerasını bitirib.
TodayPress xəbər verir ki, 41 yaşlı tennisçi vida matçını Qətərin paytaxtı Dohada təşkil olunan turnirdə keçirib.
Serbiyalı həmkarı Novak Cokoviçlə duet təşkil edən Verdasko turnirin 1/4 final mərhələsində uduzub 5:7, 4:6.
Qeyd edək ki, Fernando Verdasko 24 illik peşəkar karyerası ərzində ATP yarışlarında 7 titul qazanıb.
Namiq HUN
tag: Serbiya,İspaniya,Tennis,Davis Cup,Todaypress.az,