Venesuela və Ekvador 1/4 finala vəsiqə qazandı

İdman

01.07.2024 10:48

Futbol üzrə Amerika Kubokunda III turun növbəti oyunları keçirilib. 

TodayPress xəbər verir ki, B qrupunda Meksika Ekvadorla qarşılaşıb. Pley-offa vəsiqə uğrunda mübarizə aparan komandaların görüşündə hesab açılmayıb. İkinci pillədəki yerini qoruyan Ekvador pley-offa yüksəlib.  

Qrupun digər oyununda isə bir tur öncə mərhələ adlayan Venesuela millisi Yamaykanı 3 cavabsız qolla məğlub edib. Cənubi amerikalıların heyətində Eduard Belyo, Xose Salomon Rondon və Erik Ramires fərqlənib.  

Qeyd edək ki, Venesuela növbəti mərhələdə Kanada, Ekvador isə Argentina ilə qarşılaşacaq.

Namiq HUN

tag: Copa Amerika, Venesuela, Evador, Futbol, İdman, todaypress.az,