Venesuela “play-off”a vəsiqə qazandı

İdman

27.06.2024 11:36

Futbol üzrə Amerika kubokunda qrup mərhələsinin oyunları davam edir.

TodayPress xəbər verir ki, B qrupunda II turun matçları baş tutub. 

Yarışa qələbə ilə başlayan Venesuela Meksika ilə dueldə bir qolla növbəti qələbəsini qazanıb. Solomon Rondon, 57-ci dəqiqədə penaltidən fərqlənib.  Qrup lideri olan cənubi amerikalılar 1/4 finala vəsiqəni təmin edib. 

Qrupun digər oyununda Ekvador Yamayka yığmasına qalib gəlib 3:1. Ekvador millisi Kessi Palmerin avtoqolunun davamını Kendri Paz və Alan Mindanın qolları ilə gətirib. Yamaykanın təsəlli qolunu Mihael Antonio vurub. 

Namiq HUN

tag: Venesuela, Play-off, Vəsiqə, Amerika, Kubok, todaypress.az,