Velosipedçi 6 illik diskvalifikasiya edildi
İdman
25.10.2024 13:59
Rusiya Antidopinq Agentliyi (RUSADA) velosiped treki üzrə Rusiya Kubokunun gümüş medalçısı Nikolay Kuzmenkonu 6 il müddətinə diskvalifikasiya edib.
TodayPress TASS-a istinadən xəbər verir ki, dopinq testi 18 yaşlı idmançının qadağan olunmuş liqandrol və meldonium preparatlarını qəbul etdiyini aşkar edib.
Velosipedçinin diskvalifikasiya 21 iyul 2030-cu ilədək davam edəcək.
Qeyd edək ki, Nikolay Kuzmenko bu il Tula şəhərində keçirilən Rusiya Kubokunda komanda yarışında gümüş medal qazanıb. İyulun 22-dən etibarən isə velosipedçi yarışlardan müvəqqəti kənarlaşdırılıb.
Namiq HUN
tag: Dopinq,Rusiya Antidopinq Agentliyi, Rusiya,Nikolay Kuzmenko, todaypress.az,