Vaşinqton xokkeyçiləri böyük qalmaqala səbəb oldular
Milli Xokkey Liqasının (NHL) “Vaşinqton Kepitals” və “Vankuver Kenaks” klubları arasında keçirilən matçı kütləvi dava ilə yadda qalıb.
TodayPress xəbər verir ki, birinci dövrənin əvvəlində rusiyalı hücumçu Aleksandr Oveçkinin çıxış etdiyi “Vaşinqton Kepitals” xokkeyçiləri kütləvi dava təşkil ediblər.
Buz meydançasında Pyer-Lyuk Dübua, Kifer Şervud və Cey Ti Miller əlbəyaxa olublar. Görüşün baş hakimi onların hər birini beş dəqiqə ilə cəzalandırıb.
Görüş Vaşinqton xokkeyçilərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Aleksandr Oveçkin bu oyunda məhsuldarlığı ilə seçilməyib. Onun şərəfini qoruduğu “Vaşinqton Kepitals” 58 xalla NHL Şərq Konfransının lideridir.
Qeyd edək ki, Oveçkin 20 ildir ki, paytaxt klubunda oynayır. O, NHL-in müntəzəm mövsümündə vurduğu 872 qolla ikinci yeri tutur. Aleksandr Oveçkin bu göstərici üzrə rekordçu - kanadalı Ueyn Qretskidən cəmi 22 qol geri qalır.
Namiq HUN
tag: Aleksandr ,Hücum ,Kütləvi ,Xokkey ,todaypress.az,