Varan dünya futbolunu şoka saldı

İdman

25.09.2024 11:49

İtaliyanın "Komo" futbol klubunun müdafiəçisi Rafael Varan  qərar verib.

TodayPress xəbər verir ki, fransalı futbolçu peşəkar karyerasını başa vurur. 

Mərkəz müdafiəçisi zədəsi ilə bağlı belə qərara gəlib. 

31 yaşlı futbolçu artıq A Seriyası təmsilçisi ilə müqavilənin ləğv edilməsi barədə danışıqlar aparır.

Qeyd edək ki, Rafael Varan mövsümün əvvəlində "Mançester Yunayted"dən ayrılıb "Komo" ilə 2 illik müqavilə imzalamışdı.

Namiq HUN

tag: İtaliya ,Komo, Rafael Varan, Zədə ,Mançester Yunayted ,todaypress.az,