Vaqif Cavadova vaxt verildi
“Sumqayıt” futbol klubunun baş məşqçisi Vaqif Cavadova vaxt verilib.
TodayPress Sport24.az-a istinadən xəbər verir ki, ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Sabah"a (0:4) hesablı məğlubiyyət gənc mütəxəssisə inamı azaldıb.
Klub rəhbərliyi baş məşqçiyə “Kəpəz”lə çempionat oyununa qədər vaxt verib.
“Kimyaçılar” Gəncə təmsilçisi ilə qarşılaşmada da meydanı məyus tərk edəcəyi halda, Vaqif Cavadov postundan gedəcək.
Qeyd edək ki, “Sumqayıt” klubu 24 turdan sonra 22 xalla 7-ci pillədə qərarlaşıb.
Namiq HUN
tag: Vaqif Cavadov,Futbol,Sumqayıt,Klub,Todaypress.az,