Van Persi “Feyenoord”a baş məşqçi kimi qayıdır

İdman

22.02.2025 18:40

2114

Robin van Persi futbolçu karyerasına başladığı “Feyenoord” klubuna baş məşqçi kimi qayıdır.

TodayPress xəbər verir ki, hazırda “Herenven»i çalışdıran niderlandlı mütəxəssis tezliklə Rotterdam təmsilçisində fəaliyyətə başlayacaq.

Niderland mətbuatının məlumatına görə, “Feyenoord” məşqçiyə görə qarşı tərəfə kompensasiya ödəyəcək.

Qeyd edək ki, Robin van Persi futbolçu kimi “Feyenoord”dan başqa, “Arsenal”, “Mançester Yunayted” və “Fənərbağça" klublarında da çıxış edib.

Namiq HUN

tag: Robin van Persi,İdman,Futbol,“Feyenoord”,todaypress.az,