Valverde “Real”ın tarixinə düşdü
“Real Madrid” klubunun yarımmüdafiəçisi Federiko Valverde adını yüz oyunluq mərhələlər keçmiş futbolçular sırasına yazdırıb.
TodayPress xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən “Real Madrid” – “Atletiko” (2:1) matçı “kral klubu”nun yarımmüdafiəçisi Federiko Valverde üçün əlamətdar olub.
Uruqvaylı futbolçu La Liqa təmsilçisinin heyətində 300-cü matçında iştirak edib.
Qeyd edək ki, Valverde “Real”a 2015-ci ildə “Penarol” klubundan 5 milyon avro qarşılığında transfer olunub. 26 yaşlı yarımmüdafiəçi cari mövsüm “Real”ın heyətində meydana çıxdığı 40 rəsmi matçda 8 qol vurub və 6 assist edib.
Namiq HUN
tag: Real Madrid ,Futbolçu ,Federico Valverde,Oyun ,Todaypress.az,