Valverde “Real”ın düşünən beyni, görən gözü olacaq
“Real”ın keçmiş futbolçusu Toni Kroos 34 yaşında karyerasını bitirmək qərarını verdi. Almaniyalı sabiq yarımmüdafiəçi son Avropa çempionatından sonra butslarını asıb.
TodayPress xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti Federiko Valverdenin artıq Kroosun yarımmüdafiəçi funksiyalarını yerinə yetirməsini istəyir.
Uruqvaylı futbolçu ötən mövsüm, Kroos meydandan kənarda olanda artıq daha kreativ yarımmüdafiəçi kimi çıxış edirdi. Federiko Valverde yeni mövsümdə “kral klubu”nun kapitanlarından biri olacaq.
Qeyd edək ki, “Real” 2024/25 mövsümündə ilk rəsmi oyununu avqustun 14-də, UEFA superkubokunda “Atalanta”ya qarşı keçirəcək.
Namiq HUN
tag: Real, Madrid, Uruqvay, Kroos, Karlo, todaypress.az,