Valtteri Bottas “Mercedes”ə qayıtdı
İdman
19.12.2024 18:35
Finlandiyalı Formula 1 pilotu Valtteri Bottas "Sauber"dən ayrılaraq "Mercedes"ə geri dönüb.
TodayPress Almaniya komandasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bottas ehtiyat pilotu olacaq.
35 yaşlı finlandiyalı 2017-2021-ci illərdə "Mercedes"də yarışıb.
Bu il Valtteri Bottas pilotların şəxsi təsnifatında 22-ci yeri tutub.
Qeyd edək ki, "Mercedes"in əsas pilotları Corc Rassell və Andrea Kimi Antonellidir.
Namiq HUN
tag: Valtteri, Formula 1, İstinad, Almaniya,todaypress.az,