Valentina Zeynalova Gimnaziadanın qızıl medalını qazandı

İdman

30.10.2024 10:41

Azərbaycan qılıncoynadanları Bəhreyndə keçirilən Gimnaziada İdman Oyunlarını 4 medalla başa vurublar.

TodayPress xəbər verir ki, sablyaçı qızların fərdi yarışında Valentina Zeynalova Manama turnirinin qızıl, Leyla Əhmədova isə bürünc medalına sahib çıxıb. 

Şpaqaçı oğlanların turnirində isə Mirxətai Məmmədov və Emin Səfərbəyov üçüncü yeri tutublar.

Namiq HUN

tag: Azərbaycan, Bəhreyn, Gimnazia, Qılıncoynatma, Valentina Zeynalova, todaypress.az,