“Valensiya” klubunda vəziyyət kritik həddə çatdı
İdman
23.12.2024 10:58
“Valensiya”nın bir qrup azarkeşi komandanın “Real Madrid”lə oyununu boykot etməyə çağırıb.
TodayPress xəbər verir ki, “yarasalar” La Liqanın XII turunun təxirə salınmış matçı çərçivəsində yanvarın 3-də “Mestalya”da “kral klubu” ilə qarşılaşacaqlar.
“Valensiya”nın səhmdarlar assosiasiyası “Libertad VCF” azarkeşləri klubun 2025-ci ildə keçirəcəyi ilk ev oyununa getməməyə çağıran bəyanat yayıb.
Aksiya klub rəhbərliyinə və onun sahibi Peter Limə qarşı yönəlib.
Təşkilatın açıqlamasında deyilir:
“Valensiya”dakı vəziyyət kritik həddə çatıb. Peter Lim və onun əlaltıları klubumuzu idman, iqtisadi və sosial çöküşə aparıblar. Buna göz yuma bilmərik. Bizim vəzifəmiz sözümüzü demək və hərəkət etməkdir.
Buna görə də yanvarın 3-də “Real Madrid”lə matçda “Mestalya”nın tamamilə boş qalmasına çağırırıq. Biz klubun dağıdılmasına şərik olmayacağıq. “Valensiya”nın pul xatirinə məhvinə imkan verməyəcəyik".
Qeyd edək ki, “Valensiya” 17 oyundan sonra 12 xalla La Liqada turnir cədvəlinin 19-cu pilləsində qərar tutub.
Namiq HUN
tag: Valensiya, Madrid, Klub ,Mestalya ,todaypress.az,