“Valensiya” İspaniya Kuboku matçının təxirə salınmasını xahiş etdi
İdman
04.11.2024 18:03
İspaniyanın “Valensiya” futbol klubu ölkə kubokunun birinci mərhələsində “Parla Eskuela” ilə keçirilməli olan matçın növbəti dəfə təxirə salınmasını istəyib.
TodayPress xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bəyanat yayıb.
Bəyanatda futbolun ikinci planda olduğu bildirilib, daşqınlarda həlak olanların yaxınlarına başsağlığı verilib.
Kubok matçı əvvəlcə oktyabrın 30-na planlaşdırılsa da, regiondakı vəziyyətlə əlaqədar İspaniya Kral Futbol Federasiyası oyunu noyabrın 6-na təxirə salmışdı.
Qeyd edək ki, İspaniyanın cənub-şərqində güclü leysan yağışları ölkənin bir sıra bölgələrində güclü daşqınlara səbəb olub. Daşqınlar nəticəsində 200-dən çox insan həlak olub, minlərlə ev dağılıb.
Namiq HUN
tag: Valensiya, İspaniya, Parla Eskuela, Daşqınlar, Matç, todaypress.az,