Üzgüçümüz dünya çempionatında yarışacaq
Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə dünya çempionatında iştirak hüququ qazanıb.
TodayPress xəbər verir ki, üzgüçümüz Riqada keçirilən Açıq Latviya çempionatındakı uğurlu çıxış sayəsində mundiala vəsiqə qazanıb.
İsmayılzadə sərbəst üsulla 1500 m məsafəyə üzməkdə çempionatın qızıl medalını qazanaraq mundiala 2-ci lisenziyanı rəsmiləşdirib.
Süleyman Latviya çempionatında həm də Azərbaycan rekordu vurub. O, sərbəst üsulla 400 m məsafədə 3.55,67 nəticə ilə çempion olub. O, FINA xallarının sayını 813-ə çatdırmaqla rekorda nail olub.
Namiq HUN
tag: Üzgüçülük,Süleyman İsmayılzadə,Yarış,Çempionat,Todaypress.az,