Üzgüçülərimiz Ostrava Qran-prisində 17 medal qazandı

İdman

14.04.2025 13:13

6

Çexiyada keçirilən üzgüçülük üzrə dünya çempionatına lisenziya xarakterli 32-ci Ostrava Qran-prisi başa çatıb.   

TodayPress xəbər verir ki, turnirdə 5 ölkədən 350-yə yaxın üzgüçü iştirak edib. 

Azərbaycan millisi yarışda 9 idmançı ilə təmsil olunub. Üzgüçülərimiz Ostravada 2 qızıl, 8 gümüş və 7 bürünc medal qazanıblar. 

Ramil Vəlizadə ilə Süleyman İsmayılzadə hərəyə 1 qızıl və 2 gümüş medala sahib çıxıblar.

Əbdürrəhman Rüstəmovla Fatimə Alkərəmova 2 gümüş və 1 bürünc medalla kifayətləniblər.

Oqtay Hüseynov 3, Səid Həmidov isə 2 növdə üçüncü yeri tutub.   

Namiq HUN

tag: Üzgüçülük,Yarış,Çempionat,Medal,Todaypress.az,