Üzgüçülərimiz Çexiyada 5 medal qazandı
Azərbaycan üzgüçüləri Ostrava Qran-prisində uğurla çıxış ediblər.
TodayPress xəbər verir ki, idmançılarımız Çexiyada təşkil olunan sayca 32-ci olan beynəlxalq turnirdə 5 medal qazanıb.
Kişilərin sərbəst üsulla 1500 m məsafəyə üzmək yarışında Süleyman İsmayılzadə gümüş, Oqtay Hüseynov isə bürünc medala sahib çıxıb.
Qadınlar arasında isə eyni növdə Fatimə Alkərəmova fəxri kürsünün üçüncü pilləsinə alxıb.
Üzgüçülərimiz batterflyay növündə 200 m məsafədə də mükafatçılar sırasında yer alıblar. Ramil Vəlizadə gümüş, Əbdürrəhman Rüstəmov isə bürünc medal qazanıb.
Namiq HUN
tag: Üzgüçülük,Süleyman İsmayılzadə,Yarış,Çempionat,Todaypress.az,