Üzgüçülərimiz "Asiya uşaqları" İdman Oyunlarında 2 medal qazandı

İdman

29.06.2024 10:53

Rusiyada keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında Azərbaycan millisi daha 2 medal qazanıb.

TodayPress xəbər verir ki, Yakutsk turnirində üzgüçülərimizdən Süleyman İsmayılzadə 200 m məsafədə sərbəst üsulda gümüş medala sahib çıxıb. 

Oqtay Hüseynov isə 400 metr məsafəyə qarışıq üsulla üzməkdə bürünc medal qazanıb.

Nəticədə Azərbaycan idmançılarının hesabındakı medal sayı 11-ə yüksəlib. Daha öncə idmançılarımız  “Asiya uşaqları” Oyunlarında 2 qızıl, 2 gümüş və 5 bürünc medala yiyələnib.

Namiq HUN

tag: Üzgüçü, Asiya Uşaqları, İdman Oyunları, Azərbaycan, Rusiya, todaypress.az,