UWW milimizin heyətini açıqladı
Güləş üzrə Azərbaycan yığma komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb.
TodayPress Dünya Güləş Birliyinə (UWW) istinadən xəbər verir ki, 23 yaşadək güləşçilər arasında martın 8-14-də Albaniyanın paytaxtı Tiranada keçiriləcək yarışda ölkəmizi 28 pəhləvan təmsil edəcək.
Sərbəst və yunan-Roma güləşində 10, qadın güləşində isə 8 idmançı Avropa çempionatının mükafatları uğrunda mübarizə aparacaq.
Sərbəst güləş üzrə yığma komandanın heyətində Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Murad Haqverdiyev (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Fərid Cabbarov (79 kq), Arseni Cioyev (86 kq), Sadiq Mustafazadə (92 kq), Əbdülcəlil Şabanov (97 kq) və Yusif Dursunov (125 kq) yer alıb.
Yunan-Roma güləşində xalçaya Elmir Əliyev (55 kq), Hüseyn Qəribov (60 kq), Ziya Balaşov (63 kq), Fərid Xəlilov (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Cocu Səmədov (87 kq), Aqil Musayev (97 kq) və Ayxan Mərdanov (130 kq) çıxacaqlar.
Qadın millisinin heyətinə Əsmər Canqurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Nərgiz Səmədova (55 kq), Gültəkin Şirinova (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (62 kq), Ruzanna Məmmədova (65 kq) və Zöhrə Kərimzadə daxil edilib.
Namiq HUN
tag: Güləş ,Azərbaycan,Komanda,Avropa ,Çempionat,UWW,todaypress.az,