UWW güləşçiləri diskvalifikasiya etdi
Rusiyanın iki güləşçisi antidopinq qaydalarını pozduqlarına görə cəzalandırılıblar.
TodayPress TASS-a istinadən xəbər verir ki, Xizar Durqayev və Kamal Məlikov diskvalifikasiya ediliblər.
Dünya Güləş Birliyinin (UWW) qərarı ilə hər iki güləşçinin cəzasının müddəti 4 il olacaq.
Onlar qəbulu qadağan olunmuş preparatlardan istifadə etdikləri üçün cəzalanıblar. Güləşçilər artıq karyeralarını başa vurublar.
Qeyd edək ki, 41 yaşlı Xizar Durqayev 2009-cu ildə Rusiya çempionu olub. 37 yaşlı Məlikov isə 2010-cu ildə komandalararası Dünya Kubokunda qızıl medala sahib çıxıb.
Namiq HUN
tag: Kubok ,Rusiya, Güləş, Preparat,todaypress.az,