Uşumenlər Avropa çempionatında 6 medal qazandılar
Yunanıstanda ənənəvi uşu üzrə 8-ci Avropa çempionatı keçirilib.
TodayPress xəbər verir ki, Azərbaycan yığma komandası Heraklion turnirini 6 medalla başa vurub.
Avropa çempionatının qızıl medallarını komandamıza yeniyetmələrin turnirində Tunar Rüstəmzadə (42 kq), Azad Hümbətov (52 kq), gənclər arasında isə Xəyal İbrahimov (52 kq) qazandırıb.
Böyüklər arasında Yusif Azadi (52 kq), gənclərdə isə Tunar Rərimli (75 kq) yalnız finalda uduzaraq gümüş medala sahib çıxıblar.
Mirhəsən İsmayılzadə (60 kq) isə öz çəkisində qitə yarışının bürünc medalını boynundan asıb.
Namiq HUN
tag: Uşu,Azxərbaycan,Çempionat,Medal,Todaypress.az,