Usik və Fyuri arasında revanş döyüşü ola bilər

İdman

01.12.2024 15:40

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu britaniyalı Tayson Fyuri və bu çəkidə "WBC", "WBA" və "WBO" titullarının hazırkı sahibi ukraynalı Aleksandr Usik dekabrın 21-də Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçiriləcək revanş görüşü üçün böyük qonorar alacaqlar.

TodayPress xəbər verir ki, bu barədə "The Sportster" məlumat yayıb.

Məlumata görə, mükafat fondu 190 milyon dollar təşkil edəcək.

Xatırladaq ki, bu boksçular arasında ilk döyüş 2024-cü ilin mayında baş tutub və burada Usik 12 raundluq qarşıdurmadan sonra hakimlərin səs çoxluğu ilə Fyurini məğlub edərək çempionluq titullarını qazanıb.

tag: Boks,Tayson Fyuri, Müqavilə, Usik,Çempion ,todaypress.az,