Usik Taysonu çəki mərasimində mat qoydu

İdman

21.12.2024 11:12

Mütləq çəkidə dünya çempionu titulu uğrunda qarşılaşacaq Aleksandr Usik və Tayson Fyuri arasında çəki mərasimi keçirilib.

TodayPress xəbər verir ki, ukraynalı boksçu rəqibindən daha ağır olub.

Mərasimdən sonra Usikin 127,45 kq, Fyurinin isə 102,51 kq çəkiyə malik olduqları açıqlanıb. Dekabrın 21-dən 22-nə keçən gecə Ər-Riyadda baş tutacaq revanş döyüşü bütün dünyanın diqqət mərkəzindədir.

Aleksandr Usik (22-0) 

keçirdiyi bütün görüşlərində qələbə qazansa da, Tayson Fyuri (34-1) yeganə məğlubiyyətini məhz ukraynalı həmkarından alıb. 

Qeyd edək ki, tərəflər arasında ilk döyüş mayın 18-də təşkil olunub.

tag: Çəki, Dünya ,Titul, Döyüş ,todaypress.az,