Usik ilin boksçusu seçildi
İdman
13.01.2025 09:39
Ukraynalı Aleksandr Usik ilin ən yaxşı boksçusu seçilib.
TodayPress xəbər verir ki, o, “The Ring” jurnalının versiyasına görə ilin boksçusu mükafatına layiq görülüb.
Aleksandr Usikin mükafatlandırma mərasimi Londonda keçirilib.
Ötən il Usikin britaniyalı Tayson Fyuri ilə iki döyüşü baş tutub. Ukraynalı boksçu mayın 18-də keçirilən birinci görüşdə hakimlərin qərarına əsasən qələbə qazanıb.
Daha sonra boksçular dekabrın 21-də 12 raundluq revanş döyüşü keçiriblər. Ukraynalı yenə hakimlərin yekdil qərarı ilə qalib gələrək WBA-Super, WBO, IBO, WBC və "The Ring" titullarını qoruyub.
Qeyd edək ki, 37 yaşlı Aleksandr Usık karyerası ərzində 23 döyüş keçirib və məğlubiyyətsiz boksçu olaraq qalır.
Namiq HUN
tag: Boks ,Mükafatlandırma, raund, Döyüş ,todaypress.az,