Usik Fyuriyə səsləndi: “Maskanı tax və qaçmağa başla”

İdman

12.09.2024 12:40

“Tayson Fyuri fiziki hazırlığı üzərində çox çalışmalıdır”

TodayPress xəbər verir ki, bunu WBC, WBA və WBO versiyaları üzrə ağır çəkidə dünya çempionu, ukraynalı Aleksandr Usik, bu kateqoriyada keçmiş dünya çempionu britaniyalı Tayson Fyuri ilə ilin sonuna planlaşdırılan revanş görüşünə münasibət bildirərkən deyib. 

O, qeyd edib ki, müqaviləyə əsasən revanş döyüşü bu ilin sonunadək keçirməlidir. Tayson Fyuri fikrini dəyişərsə, bütün pullarını, dividendlərini itirəcək və o, artıq sözünün adamı olmayacaq:

“İşlərin necə gedir, mənim tombul dostum? Ümid edirəm ki, yaxşısan və döyüşə çıxacaqsan. Maskanı tax və qaçmağa başla”. 

Xatırladaq ki, boksçular arasında ilk döyüş bu ilin mayında baş tutub və Usik qalib gəlib.

Namiq HUN

tag: Tayson Fyuri, Müqavilə, Usik,Çempion ,Boks,todaypress.az,