USADA yaşa göz yumub, cəzaya qərar verdi
İdman
02.10.2024 16:35
Amerika Birləşmiş Ştatlarının Antidopinq Agentliyi (USADA) veteran idmançını cəzalandırıb.
TodayPress xəbər verir ki, qurum rəsmi saytında 70 yaşlı atlet Loretta Törnerin 4 il müddətinə diskvalifikasiya olduğunu elan edib.
Cəzaya səbəb, Törnerin iki ay əvvəl Veteranlar Çempionatında verdiyi dopinq testində ksandrolon və metabolitlərin müsbət çıxmasıdır.
Lorettanın iyulun 19-dan etibarən qazandığı nəticələr ləğv edilib. Antidopinq qaydalarını pozan idmançının diskvalifikasiyası isə avqustun 9-dan qüvvəyə minib.
Qeyd edək ki, 2023-cü ildə Loretta Törner 65-69 yaş arası idmançıların turnirində 50, 60 və 100 metr məsafələrə qaçışda dünyanın ən yaxşı göstəricilərinə imza atıb.
Namiq HUN
tag: Sahil Babayev, İqlim Həftəsi ,Açılış,İqtisadiyyat,Əmək Hüquqları ,todaypress.az,