“USA Boxing”in rəsmisi olimpiya boksunun gələcəyindən danışdı

İdman

25.09.2024 18:55

Boks Olimpiya Oyunlarına qayıdır.

TodayPress xəbər verir ki, bu barədə “USA Boxing”in baş direktoru Mayk MakAti danışıb.

O, boksun Olimpiya Oyunlarına qayıdacağını bildirib.

“Boks 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına hələ də daxil edilməyib. Bu, Beynəlxalq Boks Assosiasiyası (ABB) fəaliyyətini dayandırdıqdan sonra Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarı ilə bağlıdır. Bununla belə, BOK Oyunlarda boksa nəzarət edəcək beynəlxalq federasiyanın cəlb edilməsinin zəruri olduğunu qəbul edib” idman rəsmisi deyib. 

MakAti qeyd edib ki, “USA Boxing” 42 ölkə ilə birlikdə, yaradılması planlaşdırılan yeni beynəlxalq federasiya olan “World Boxing”ə qoşulub. 

“World Boxing”, antidopinq qaydaları, maliyyə şəffaflığı və rinq bütövlüyü kimi BOK tələblərinə əməl etməyə çalışır. Əminik ki, Los-Anceles- 2028-də boksla bağlı qərar 2025-ci ilin əvvəlində BOK tərəfindən veriləcək” deyə baş direktor bildirib.


Namiq HUN

tag: Boks ,Olimpiya Oyunları,USA Boxing,Los-Anceles,Beynəlxalq Boks Assosiasiyası,Beynəlxalq Olimpiya Komitəsi,World Boxing,Mayk MakAti,todaypress.az,