Uruqvay “play-off”a yüksəldi
İdman
28.06.2024 10:36
ABŞ-də təşkil olunan futbol üzrə Amerika Kubokunda II turun növbəti oyunları keçirilib.
TodayPress xəbər verir ki, C qrupunda Panama yığması ABŞ ilə qarşılaşıb. Görüş Panamanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər matçında Uruqvay millisi Boliviyanın qapısından 5 cavabsız top keçirib.
Qeyd edək ki, qrupda 6 xalı olan Uruqvay yığması 1/4 finala vəsiqəni təmin edib.
Namiq HUN
tag: Uruqvay, ABŞ, Amerika Kuboku, Panama Yığması, Görüş, todaypress.az,