Uruqvay çempionatında oyunlar təxirə salındı
İdman
24.08.2024 16:05
Uruqvay Libertadores Kubokunda baş verən dəhşətli hadisədən sonra çempionatı dayandırıb.
TodayPress xəbər verir ki, bu barədə Uruqvay Peşəkar Futbolçuların Hüquqlarını Müdafiə Assosiasiyası (MUFP) rəsmi sosial şəbəkələrdə Montevideo “Nacional”nın müdafiəçisi Xuan İskyerdonun avqustun 22-də Braziliya “San Paulo”su ilə Libertadores Kubokunun 1/8 finalının cavab oyununda huşunu itirməsi nəticəsində reanimasiyaya yerləşdirilməsindən sonra ölkə çempionatının dayandırıldığını elan edib.
"Xuan İskyerdonun ağır sağlamlıq durumunu nəzərə alaraq, həftə sonu üçün planlaşdırılan peşəkar futbol matçlarını dayandırmağa qərar verdik. Bizim məqsədimiz Xuanın rifahını təmin etməkdir. Hadisələri yaxından izləyəcəyik. Futbolçunun ailəsinə tam dəstəyimizi və həmrəyliyimizi bildiririk. Onlara lazım olan hər cür yardımı göstərməyə hazırıq” deyə məlumatda bildirilir.
Qeyd edək ki, müdafiəçi Xuan İskyerdo meydanda huşunu itirib. Xəstəxanada ona ürək ritminin pozulması diaqnozu qoyulub.
27 yaşlı futbolçu bu mövsüm "Nacional"ın heyətində bütün yarışlarda 23 oyun keçirib və 1 qol vurub.
Namiq HUN
tag: Uruqvay,Xuan İskyerdo,MUFP,Çempionat,todaypress.az,