Uolş dünya rekordu qırdı
Amerikalı üzgüçü Qretçen Uolş 50 metr məsafəyə kəpənək üsulu ilə üzməkdə yeni dünya rekordu müəyyən edib.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, Uolş göstəricini Macarıstanda keçirilən dünya çempionatında reallaşdırıb.
O, 24,02 saniyə nəticə göstərib. Əvvəlki rekord isveçli Tereza Alşammara (24,38 saniyə) məxsus idi.
Qeyd edək ki, 21 yaşlı Qretçen Uolş Paris Olimpiadasında iki qızıl və iki gümüş medal qazanıb. O, həmçinin 2023-cü ildə keçirilən dünya çempionatında bir dəst medala sahib olub.
Namiq HUN
tag: Paris ,Qızıl ,Gümüş ,Üzgüçülük ,todaypress.az,