Universitet voleybolunda problem yaşandı

İdman

16.10.2024 17:20

ABŞ-də voleybol matçı transgender oyunçuya görə qalmaqala səbəb olub. 

TodayPress "Fox Sports"a istinadən xəbər verir ki, universitetin voleybol komandasının heyətində transgenderin olmasını qarşı tərəf birmənalı qarşılamayıb. 

Nevada Universiteti San Xose Dövlət Universitetinin heyətində transgender voleybolçu Bleyr Fleminqin olmasını əsas gətirərək qarşılaşmaya çıxmaqdan imtina edib.

Universitet rəhbərliyi qərarla razılaşmasa da, voleybolçular matçda iştirakdan imtina ediblər.

Nevada Universiteti komandasına texniki məğlubiyyət verilib.

Namiq HUN

tag: ABŞ,Matç,Transgender,Nevada Universiteti ,Bleyr Fleminq,todaypress.az,