Ünal mövsümü erkən başa vurdu

İdman

08.01.2025 19:37

“Bornmut” futbol klubu ciddi itki ilə üzləşib.

TodayPress, “Relevo” nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin hücumçusu Enes Ünal sıradan çıxıb.

Türkiyəli futbolçu məşqi zamanı dizindən ağır zədə alıb. Ön çarpaz bağları qopan forvard mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Ünal mövsümün əvvəlində 16,5 milyon avroya “Xetafe”dən “Bornmut”a transfer olunub. 

Türkiyə millisinin üzvü cari mövsümdə Premyer Liqada meydana çıxdığı 17 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Bornmut,Enes Ünal,Premyer Liqa,Türkiyə,todaypress.az,