Unai Simon əməliyyat olundu
İdman
19.07.2024 15:21
Futbol üzrə İspaniya millisinin və “Atletik” klubunun qapıçısı Unai Simon yaşıl meydanlardan uzaq qalacaq.
TodayPress xəbər verir ki, Avropa çempionu biləyindən əməliyyat olunub. 27 yaşlı qolkiper 4 ay futbol matçlarını kənardan seyr edəcək.
Qeyd edək ki, Unai Simon İspaniya millisinin heyətində Almaniyada keçirilən Avropa çempionatında 6 oyunda 4 qol buraxıb.
Namiq HUN
tag: Unai Simon, Əməliyyat, Atletik, Almaniya, todaypress.az,