Umudlu UEFA-dan təyinat aldı

İdman

21.10.2024 14:15

FIFA referisi Kamal Umudlu qitə miqyaslı yarışlarda iş başında olacaq. 

TodayPress xəbər verir ki, Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 10-cu qrupunun oyunlarında hakimlər briqadasında yer alacaq.

O, oktyabrın 23-də İsveçrə - Moldova matçında dördüncü, üç gün sonra isə İsveçrə - Monteneqro qarşılaşmasının baş hakimi olacaq.  Kamal Umudlu həmçinin oktyabrın 29-da keçiriləcək Moldova - Monteneqro görüşünü də idarə edəcək. 

Vüsal Məmmədov isə qarşılaşmalarda köməkçi hakim funksiyasını yerinə yetirəcək.

Namiq HUN

tag: FIFA, Kamal Umudlu, Avropa, Moldova,İsveçrə, todaypress.az,