Umtiti karyerasını bitirir
İdman
26.12.2024 09:43
Fransa millisinin və “Barselona” klubunun sabiq futbolçusu Samuel Umtiti karyerasını bitirməyi düşünür.
TodayPress Sport.es nəşrinə istinadən xəbər verir ki, müdafiəçi dizindəki xroniki zədə səbəbindən futbolla vidalaşmaq qərarına gəlib.
“Lill” klubunun futolçusu fevral və avqsut aylarında dizindən əməliyyat olunub.
31 yaşlı Umtiti 2024-cü ildə cəmi 1 oyunda meydana çıxıb.
Qeyd edək ki ki, 2016-2023-cü illərdə “Barselona” klubunda çıxış edən Samuel Umtiti “Lion” və “Leççe”də də oynayıb.
Namiq HUN
tag: Barselona ,Futbol ,Klub, Liqa ,todaypress.az,