Ulduz futbolçu yenidən milliyə dəvət aldı

İdman

12.11.2024 14:40

Yarımmüdafiəçi Arturo Vidal Çili millisinə çağırılıb.

TodayPress xəbər verir ki, 37 yaşlı futbolçunun komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində Peru və Venesuela yığmalarına qarşı oynayacaq.

Yarımmüdafiəçi bir ildən artıq idi ki, yığmaya dəvət olunmurdu.

Qeyd edək ki, Vidal 2024-cü ilin əvvəlindən Çilinin "Kolo-Kolo" klubunda çıxış edir. O, daha əvvəl Braziliyanın “Flamenqo” və “Atletiko Paranaense” klublarında çıxış edib. 

Arturo Vidal 2022-ci ilin yayından Avropa futbolundan kənarda qalıb.

Namiq HUN

tag: Arturo Vidal, Çili, Kolo-Kolo, Flamenqo,Braziliya,todaypress.az,