Ulduz basketbolçudan şok etiraf
İdman
22.11.2024 14:39
Keçmiş basketbolçu Lui Uilyams NBA matçlarından birində sərxoş vəziyyətdə oynayıb.
TodayPress xəbər verir ki, 38 yaşlı Lui “Los Anceles Klippers”də çıxış etdiyi zaman karyerasında yaşadığı ən maraqlı hadisədən danışıb:
“Bizim Nyu Yorkda oyunumuz var idi. Oyuna içkili halda gəlmişdim. Mənim üçün çox çətin oldu. Məşqçi Dok Rivers məni ehtiyatda oturtdu, amma ikinci hissə üçün hazırlaşmağımı söylədi. Ayağa qalxa biləcəyimə inanmırdım. Meydana girən kimi yaxşı olmadığımı anladım”.
Uilyamsın dərhal iki dəfə topu itirməsi Dok Riversin gözündən qaçmayıb. Lui məşqçiyə etiraf etməli olub. Əvəz olunmağını xahiş edən basketbolçu sərxoş olduğunu deyib. Rivers isə Uilyamsa baxaraq qərarını bildirib:
“Sən bütün ikinci hissəni oynayacaqsan, sonra isə dördüncü hissənin hamısında meydanda olacaqsan”.
Lui Uilyams həmin oyunda 29 xal toplayıb.
Namiq HUN
tag: Basketbol, Lui,NBA, Dok Rivers, Nyu-York, todaypress.az,