Ulduz atlet Olimpiya kəndini tərk etdi

İdman

31.07.2024 09:43

Dünya rekordçusu, isveçli yüngül atlet Armand Duplantis Olimpiya kəndində yaşamaqdan imtina edib.

TodayPress xəbər verir ki, İsveç millisindən idmançının daha uyğun mənzil tapdığını bildiriblər:

“O, peşəkardır və hörmət edilməli olan ehtiyacları var. Armand Duplantis bacardığı qədər hazırlaşmalıdır”.

Qeyd edək ki, atletlər Paris Olimpiya kəndində yerləşdirilən karton çarpayıları tənqid obyektinə çeviriblər. 26 000 ədəd olan bu çarpayıların hamısı kağız və ya plastik materialdan hazırlanıb. 

Bundan başqa otaqlarda televizorların və kondisionerlərin olmaması da idmançıları məyus edib.

Namiq HUN

tag: Armand Duplantis , Olimpiya, Paris,Atlet,Məyusluq, todaypress.az,