Ukraynalı qolkiper daha 6 il “Real”da
"Real Madrid" klubu ukraynalı qapıçı Andrey Luninlə müqaviləni uzadıb.
TodayPress xəbər verir ki, yeni müqavilənin müddəti 30 iyun 2030-cu ilə qədərdir.
Qeyd edək ki, Lunin "kral klubu"na 2018-ci ildə qoşulub. O, 2020-ci ildən əsas komandanın heyətinə cəlb olunub.
Bu illər ərzində Andrey Lunin “Real”la 2 Çempionlar Liqasının və 1 Klublararası dünya çempionatının qalibi olub. O, həmçinin Madrid təmsilçisi ilə 2 UEFA Super Kubokunu, 2 La Liqa çempionluğunu, 1 İspaniya Kubokunu və 2 İspaniya Super Kubokunu qazanıb.
Namiq HUN
tag: Real Madrid, Kral Klubu, Komanda ,Çempionlar ,todaypress.az,