Ukraynalı karateçilər turnirdən sonra ölkəyə qayıtmayıblar

İdman

25.01.2025 15:15

982

Ukraynalı karateçilər - Yevgeni və Darya Filipyuk İtaliyanın Venesiya şəhərində iştirak etdikləri turnirdən sonra ölkəyə qayıtmayıblar.

TodayPress xəbər verir ki, Çernovtsı Karate Federasiyasının prezidenti Aleksandr Pikulin yerli telekanallardan birinə açıqlamasında ər-arvad olan karateçilərin sosial şəbəkələrdəki bütün şəxsi hesablarını sildiklərini və onlarla əlaqə qurmaq cəhdlərinin nəticəsiz qaldığını bildirib.

Ukrayna Karate Federasiyası ölkəyə qayıtmamaları və səfərbərlik qaydalarını pozmaları əsası ilə hər iki idmançını üzvlükdən çıxarıb.

Qurumdan Dünya Karate Federasiyasından onların ömürlük diskvalifikasiya və qazandıqları bütün mükafatlardan məhrum olunmalarını tələb edəcəkləri bildirilib.

Namiq HUN

tag: Ukrayna,Karate,Turnir,İdman,todaypress.az,