Ukraynalı futbolçu PSJ-yə keçməkdən imtina etdi

İdman

09.01.2025 12:38

İngiltərənin “Bornmut” klubunun və Ukrayna millisinin müdafiəçisi İlya Zabarnı PSJ-yə keçməkdən imtina edib. 

TodayPress “Le10sport”a istinadən xəbər verir ki, Zabarnı səbəb kimi komandada rusiyalı qapıçı Matvey Safonovun olmasını göstərib. 

“Mən müdafiəçiyəm, o isə qapıçıdır. Bizim mövqelərimiz meydanda çox sıxdır. İstəmirəm ki, problemlər yaranarsa, mənim ukraynalı, onun isə rus olması ilə nəticələnsin” ukraynalı futbolçu deyib.

İlya Zabarnı 2023-cü ilin əvvəlindən “Bornmut”da çıxış edir. Transfermarkt futbolçunun transfer dəyərini 38 milyon avro qiymətləndirir.

Matvey Safonov isə ötən ilin yayında 20 milyon avroya “Krasnodar”dan PSJ-yə keçib. Qolkiperin Paris təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Namiq HUN

tag: Ukrayna, Futbolçu, Mövqe ,Müdafiə, todaypress.az,