Ukraynalı futbolçu müharibədə həlak oldu
İdman
22.10.2024 16:15
Ukraynalı futbolçu Dmitri Boqaçov Rusiyaya qarşı müharibədə həlak olub.
TodayPress xəbər verir ki, onun keçmiş komanda yoldaşı Oleksandr Litvinenko məlumat yayıb.
32 yaşlı Boqaçov karyerası ərzində “Sumı”, “Viktoriya”, “Trostyanets” və “Orleta” klublarında çıxış edib.
Dmitri 162 oyunda 26 qol vurub və 7 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Dmitri Boqaçov Rusiya Federasiyasına qarşı müharibə başlayandan sonra Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub. O, Avdiiv Koks Kimya Zavodunun ərazisində döyüşüb və həkim olub.
Namiq HUN
tag: Ukrayna, Rusiya, Müharibə, Ölüm, Dmitri Boqaçov, todaypress.az,