Ukraynalı atlet dopinq testdən keçə bilmədi

İdman

22.08.2024 16:10

Ukraynalı atlet Natalya Leqonkova yarışlardan kənarlaşdırılıb.

TodayPress xəbər verir ki, bu barədə "Athletics Integrity Unit" (AIU) qərar çıxarıb.

İdmançının dopinq testində qadağan olunmuş eritropoetin maddəsi aşkarlanıb. Qeyd edək ki, Natalya Leqonkova karyerası ərzində Polşa, Şotlandiya, Fransa və ABŞ-də baş tutan marafon yarışlarında qalib gəlib. 41 yaşlı idmançı 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında 87-ci yeri tutub.

Namiq HUN

tag: Ukrayna, Atlet,Natalya Leqonkova ,Rio-de-Janeyro, Yay Olimpiya Oyunları, todaypress.az,