Ukraynadan əzmkar qələbə
İdman
21.06.2024 19:23
Avropa çempionatının E qrupunda 2-ci tur Slovakiya - Ukrayna qarşılaşması ilə start götürüb. Günün ilk matçı Düsseldorfdakı “Merkur Şpil-Arena”da baş tutub.
TodayPress xəbər verir ki, 2-ci turun nəticəsi Ukraynanın Avropa çempionatındakı taleyinə böyük ölçüdə aydınlıq gətirməli idi. Son şans baxımından Ukraynanın bugünkü matçda qalib gələcəyi ehtimal edilirdi.
Amma ilk hissədə bir çox elementlərdə üstün oyun sərgiləyən Slovakiya yığması 18-ci dəqiqədə İvan Şransın qolu ilə hesabı açıb 1:0. Fasilədən sonra fərqli performans nümayiş etdirən Ukrayna yığması Nikolay Şaparenkonun 54-cü dəqiqə qolu ilə hesabı bərabərləşdirib 1:1. 80-ci dəqiqədə isə Roman Yaremçuk komandasının çox vacib qələbə qolunu vurub 2:1.
Namiq HUN
tag: Slovakiya,Ukrayna, Avropa çempionatı, İvan Şrans, todaypress.az,