Ukraynada 2 klub birləşdi

İdman

01.01.2025 11:30

Ukrayna Premyer Liqasının 2 klubu birləşib.

TodayPress xəbər verir ki, "Karpatı" və "Rux" klubu birləşdiklərini elan ediblər.

Hər iki klub Lvovu təmsil edir. Hazırda onlar turnir cədvəlində qonşu pillələrdədirlər.

Qərar 2025/26 mövsümündən qüvvəyə minəcək. Hazırkı mövsümü isə klublar ayrıca başa vuracaqlar.

Klubun əsas bazası "Karpatı"nın heyəti ilə formalaşacaq, "Rux" isə 2025-ci ilin yayından akademiyanın fəaliyyəti ilə məşğul olacaq.

"Çətin dövrümüzdə belə bir məqsəd qeyri-standart hərəkətlər və həllər tələb edir. Məhz buna görə də hər iki klubun təsisçiləri və rəhbərləri "Karpatı" futbol klubunu inkişaf etdirmək üçün güclərini birləşdirməyə qərar veriblər" deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, hazırda "Karpatı" Ukrayna Premyer Liqasında 17 oyundan 24 xalla 6-cı, "Rux" isə 23 xalla 7-ci yeri tutur.

tag: Ukrayna ,Premyer Liqa,Karpatı,Rux,todaypress.az,