Ukrayna klubu müflis elan olundu

İdman

23.07.2024 12:25

"Dnepr-1" futbol klubu avrokuboklardan kənarlaşdırılıb.

TodayPress xəbər verir ki, bu barədə UEFA qərar verib.

Konfrans Liqasının II təsnifat mərhələsinin "Puşkaş Akademiya" ilə oyunlarında Ukrayna təmsilçisi iki texniki məğlubiyyət alacaq. Buna səbəb klubun müflisliyin astanasında olmasıdır.

Fəaliyyətini dayandırmağa yaxın olan klub Ukrayna Premyer Liqasından da kənarlaşdırılıb.

Namiq HUN

tag: Dnepr-1, Futbol, Ukrayna, Puşkaş Akademiya, Konfrans, todaypress.az,