Ukrayna əfsanəvi boksçusunu itirdi
İdman
09.11.2024 20:15
Məşhur ukraynalı boksçu, yarımağır çəkidə WBA Inter-Continental, IBO International və WBO Inter-Continental versiyalarının keçmiş çempionu Vyaçeslav Uzelkov ölüb.
TodayPress xəbər verir ki, Vyaçeslav təkcə istedadlı idmançı və çempion deyil, həm də özünü həmişə işinə həsr etmiş bir insan olub.
Onun ölümünün səbəbi hələ məlum deyil.
Qeyd edək ki, təxminən bir ay əvvəl Vyaçeslav Uzelkov 5 əməliyyatdan sonra ikinci qrup əlillik almışdı.
Namiq HUN
tag: Boks, Ukrayna, İdman,Vyaçeslav Uzelkov, todaypress.az,