Ukrayna daha bir idmançısını itirdi

İdman

07.11.2024 16:07

2974

Karate üzrə ukraynalı dünya çempionu və məşqçi Oleq Novikov müharibədə ölüb.

TodayPress xəbər verir ki, o, noyabrın 1-də Zaporojye vilayətinin Preobrajenka kəndi yaxınlığındakı döyüşdə öldürülüb.

Keçmiş idmançı 2022-ci ildən Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edib.

Xatırladaq ki, Oleq Novikov 22 yaşında karate üzrə dünya çempionu titulunu qazanıb. 

Namiq HUN

tag: Oleq Novikov , Dünya Çempionu, Ukrayna, Dünya, todaypress.az,