Ukrayna Avro-2024-ə itki ilə gedir

İdman

12.06.2024 13:15

Ukrayna Avro-2024-dən əvvəl əsas oyunçularından birini itirdi. 

TodayPress xəbər verir ki, Moldova ilə oyunda ukraynalıların planlaşdırmadıqları hadisə baş verib. Ukrayna millisinin və “Everton”un əsas sol cinah müdafiəçisi Vitali Mikolenko topuq biləyindən zədə alıb. Avropa çempionatı onun üçün artıq şübhə altındadır. Qeyd edək ki, Sergey Rebrovun komandası Kişinyovda Moldova yığmasına 4:0 hesabı ilə qalib gəlib.

Ukrayna millisi Avro-2024-də ilk oyununu iyunun 17-də moldovalıların qonşusu olan Rumıniya yığma komandasına qarşı keçirəcək. Ukrayna millisinin Rumıniya, Slovakiya və Belçika ilə qrupda pley-offa çıxmaq şansı yüksək qiymətləndirilir.

Namiq HUN

tag: Ukrayna, Avro 2024, Moldova, Everton, Sergey Rebrov,Vitali Mikolenko, todaypress.az,