UKAD boksçunu həbsxanada cəzalandırdı
Böyük Britaniyanın Antidopinq Agentliyi (UKAD) həbsxanada olan boksçu Cek Yubankı dörd il müddətinə diskvalifikasiya edib.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, polis 2021-ci ilin avqustunda idmançının avtomobilində narkotik maddələr tapıb.
Boksçunun evində aparılan axtarış zamanı ümumi dəyəri 34700 funt-sterlinq olan daha 340 qram kokain tapılıb.
2023-cü ilin sentyabrında Yubank narkotik maddələrin satışı və cinayət yolu ilə əldə edilmiş əmlakın saxlanması ittihamı ilə 2 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Cek peşəkar rinqdə keçirdiyi 9 döyüşün 4-də qələbə qazanıb, 5-də isə məğlub olub. O, sonuncu döyüşünə 2021-ci ilin dekabrında çıxıb.
Namiq HUN
tag: Yubank, Narkotik, Böyük Britaniya, Polis, Avtomobil, Kokain, todaypress.az,